tramp-qohumbazliqda-ittiham-olundu

Tramp qohumbazlıqda ittiham olundu

ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın atasını Osakadakı (Yaponiya) G20 sammitində müşayiət etməsindən sonra ABŞ-da qalmaqal yaşanıb. İnsider.az bunu “The Guardian”-a istinadla xəbər verir.

Müzakirələr fransız hökümətin İvankanın Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya baş naziri Tereza Mey, Kanadanın baş naziri Castin Trüdo və BVF-nin direktoru Kristin Laqardın söhbətinə yöndəmsizcə soxulmağa çalışdığı videoyazını sosial şəbəkədə yerləşdirməsindən sonra başlayıb. Videoda göründüyü kimi, söhbət iştirakçıları İvankaya təəccüblə baxırlar.

Sammitdə İvanka atası ilə yanbayan duraraq dünya liderlərilə birgə qrup şəkillərində yer alıb.

Beynəlxalq münasibətlər üzrə ekspertlər bu cür göz qabağında olan nepotizm (qohumbazlıq) təzahürlərinə dair narahatlılıqlarını bildiriblər, həmçinin əlavə ediblər ki, İvankanın diplomatik təcrübəyə və təhsilə malik olmaması ABŞ-ın beynəlxalq arenadakı mövqeyinə pis təsir göstərəcək.

“Kiminsə qızı olmaq karyera ixtisaslaşması demək deyil. Prezident belə etdikdə bu, bizim diplomatik statusumuza zərər vurur” - deyə, ABŞ Nümayəndələr Palatasının üzvü Aleksandra Okasio-Kortes bildirib.

Samirə Məmmədova