trump-apple-a-istisna-olmayacaq

Trump: Apple-a istisna olmayacaq

ABŞ Prezidenti Donald Tramp Twitter hesabından daha bir açıqlama verib.

Insider.az-ın məlumatına görə, Tramp bildirib ki, Çindən idxal olunan məhsullara tətbiq edilən gömrük tariflərində Apple şirkətinə istisna olmayacaq. Yəni, digər malların idxalı kimi, Apple da Çində istehsal etdiyi məhsulların ABŞ-a idxalı zamanı əlavə gömrük tarifini ödəyəcədir.

Tramp, "Apple Çində Mac Pro hissələrinin istehsalı üçün tarif istisnası almayacaq. Onları ABŞ-da istehsal et, burada tarif yoxdur!" - deyib.

©Marja