turk-liresi-ucuzlasmaga-basladi-merkezi-bankdan-9-vezifeli-sexs-qovuldu

Türk lirəsi ucuzlaşmağa başladı - Mərkəzi Bankdan 9 vəzifəli şəxs qovuldu

Türkiyə Mərkəzi Bankının baş iqtisadçısı Hakan Kara daxil 9 yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib. 

İnsider.az xəbər verir ki, bankın araşdırma, bankçılıq, risklərin idarə edilməsə departamentlərinin direktorları da işdən çıxarılıb. Məsələ ilə bağlı Mərkəzi Bankdan açıqlama verilməyib. 

Mərkəz Bankın sədri Murad Çetinkaya iyulda Prezident Ərdoğanın fərmanı ilə vəzifəsindən azad edilmişdi.

Yerinə təyin edilən Murat Uysal ilk pul siyasəti yığıncağında faizi 425 bənd aşağı salmış və davamının da gələcəyi siqnalını vermişdi.

Xəbərdən sonra türk lirəsi dollar qarşısında 0,7% ucuzlaşıb. Dollar/tl məzənnəsi 5.5125 səviyyəsinə qalxıb (Bakı vaxtı ilə saat 13:20-yə olan məlumat).

©Marja