turkiye-merkezi-banki-faiz-qerarini-aciqladi

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Türkiyə Mərkəzi Bankı iyun yığıncağında pul siyasəti faizini dəyişdirməyərək 24%-də saxlayıb.

İnsider.az xəbər verir ki, iqtisadçılar da faizdə bir dəyişiklik gözləmirdilər. 

İqtisadiyyatdakı sabitləşmə meylinin davam etdiyi qeyd edilən Bankın açıqlamasında, sərt duruşun (yüksək faizin) inflyasiyanı hədəflənən çığıra salacağı qeyd edilib.

Qərardan sonra dollar/TL məzənnəsi 5.81-ən 5.79-a geriləyib. 

Açıqlamada deyilir: "Xarici tələb nisbətən gücünü qoruyur. Faizlərin yüksək olmasının təsirilə iqtisadi fəaliyyət zəif qalmaqdadır. Cari balansdakı yaxşılaşma meylinin davam etməsi gözlənilməkdədir.  

"SƏRT PUL SİYASƏTİNİN QORUNMASINA QƏRAR VERİLDİ"

Faizlərin yüksək olması inflyasiyadakı enişi dəstəkləməkdədir. Bununla bərabər İdarə Heyəti, riskləri məhdudlaşdırmaq və inflyasiyanın eniş müddətini sürətləndirmək məqsədilə sərt pul siyasətinin qorunmasına qərar vermişdi.  

©Marja