uber-abs-da-mcdonald-s-dan-yemek-catdirmani-sinaqdan-kecirecek

“Uber” ABŞ-da “McDonald's”-dan yemək çatdırmanı sınaqdan keçirəcək

“Uber” San-Dieqoda (Kaliforniya) şəhər şəraitində yemək çatdırılmasını sınaqdan keçirəcək. İnsider.az bunu “Techcrunch”-a istinadla xəbər verir.

İlkin etapda “Uber” “McDonald's”-la şərik olaraq ştatın universitetində dronlarla yemək çatdırılmasını yoxlayıb. Gələcəkdə şirkət sınağa “Uber Eats”-in digər partnyorlarını da qoşmağı planlaşdırır.

Şirkət “sonuncu mil” nəqliyyatı kimi dronlardan istifadə edir. Onlar kuryerlərin yeməyi götürəcəkləri xüsusi yerlərə və avtomobillərin üstünə enə bilirlər.

Qeyd edək ki, şirkətin rəqiblərindən biri olan “Google”-ın artıq dronlarla çatdırılma sistemi çalışır – şirkət ABŞ və Avstraliyada pilotsuz aparatlarla işləməyə icazə alıb. 2019-cu ilin iyunun 5-i isə dronlarla çatdırılma xidmətindən “Amazon” da başlanılacağı barədə söz verib.

Samirə Məmmədova