uber-abs-ve-kanadada-asagi-reytinqli-sernisinleri-bloklayacaq

“Uber” ABŞ və Kanadada aşağı reytinqli sərnişinləri bloklayacaq

“Uber” taksi aqreqatoru reytinqi şəhər üzrə orta göstəricidən olduqca aşağı düşmüş sərnişinləri bloklayacaq. İnsider.az bu barədə “The Verge” və “Techcrunch”-a istinadla xəbər verir.

Yeni qayadalar ABŞ və Kanada istifadəçilərinə şamil ediləcək. Sərnişində məhz hansı reytinq olmalıdır – bu, hələ ki, məlum deyil.

“Uber” sürücüləri də bloklana bilər: 2015-ci ilin sızmış məlumatına görə, risk reytinqin 4,6-dan aşağı düşdüyü təqdirdə yaranır.

Minimal reytinqi şirkət açıqlamır, lakin deyilir ki, bloklanmadan qabaq sərnişin bir neçə bildiriş və reytinqi düzəltmək imkanı alacaq. Şirkət artıq sərnişinlərə reytinqi sabit saxlamaq üçün bir neçə məsləhət verib: məsələn, hücum etməmək və sürücüləri təhqir etməmək.

Samirə Məmmədova