uber-de-gedis-zamani-bu-mallari-almaq-mumkun-olacaq

"Uber”-də gediş zamanı bu malları almaq mümkün olacaq

“Uber” və “Cargo” startapı ABŞ-da gediş zamanı alış-veriş üçün mobil tətbiq işə salıblar. Tətbiq vasitəsilə “Cagro” sərnişinləri “Apple” aksessuarları, “Glossier” kosmetikası və digər malları ala biləcəklər. İnsider.az bu barədə “TechCrunch”-a istinadla xəbər verir.

Mallardan başqa, tətbiqdə 5-10 dollara film də almaq mümkün olacaq. Şirkət “Universal Studios”-la partnyorluq barədə razılıq əldə edib.

Tətbiq vasitəsilə edilən alış-verişlərə görə sərnişinlər alış məbləğindən 10% kəşbək (nağd pulun geri qaytarılması) alacaqlar. Bu vəsaiti gələcək “Uber”-lə gedişlər və ya “Cargo”-da alış-verişlərin ödənişi üçün istifadə etmək olar. Sürücülər isə alış-veriş məbləğindən 25% və əlavə olaraq sərnişinlərin tətbiqdəki hər ilk alışından 1 dollar əldə edəcəklər.

Samirə Məmmədova