uber-de-rekord-zerer

"Uber"də REKORD ZƏRƏR

Onlayn taksi sifarişi xidməti göstərən "Uber" ilin ikinci rübü üzrə 5,2 milyard dollar zərər açıqlayıb.

İnsider.az xəbər verir ki, bu isə şirkətin fəaliyyəti dövründə ən yüksək zərər həddi olub. Gəlirləri 14% artaraq 3,17 milyard dollara yüksəkən "Uber"in gəlir artımı da fəaliyyəti dövründə ən zəif artım olaraq qeydə alınıb. Bunun əksinə şirkətin xərcləri 147% artaraq 8,65 milyard dollara çatıb.

Xərclərdəki böyük artımın səbəbi isə şirkətin avtonom (öz-özünə idarə olunan) nəqliyyat vasitələri üzərində çalışması olub.

"Uber"dən istifadə edənlərin sayında isə artım müşahidə olunub. Belə ki, ilk rübdə 93 milyon olan istifadəçi sayı iyun ayının sonuna 99 milyona çatıb.

Şirkətin CEO-su Nelson Çay maliyyə nəticələrini şərh edərkən aqressiv investisiyalara davam edəcəklərini bildirib.

Açıqlanan maliyyə nəricələrinin ardından "Uber" səhmləri birjada 6% ucuzlaşıb.

©Finans