uber-nyu-yorkda-vertolyot-taksi-ise-salacaq

“Uber” Nyu-Yorkda vertolyot-taksi işə salacaq

“Uber” yeni vertolyot sərnişin daşıma servisinin işə salınmasını anons edib. İnsider.az bu barədə “The New York Times”-a istinadla xəbər verir.

Servis “Uber Copter” adını alıb.

İşə salınma tarixi Nyu-Yorkda iyulun 9-na təyin edilib. İlk marşrut Aşağı Manhettenlə Con Kennedi adına Beynəlxalq Hava Limanını birləşdirəcək.

Sifariş özündə vertolyotda səkkiz dəqiqəlik uçuş, həmçinin uçuşdan öncəki və sonrakı yerüstü gedişləri ehtiva edəcək. Ümumi vaxt təxminən 30 dəqiqə təşkil edəcək.

Xidmət bazar ertəsindən cümə gününədək əlçatan olacaq, dəyəri isə təxmini adambaşına 200-225 dollar edəcək. Uçuşu korporativ loyallıq proqramında “Platinum” və “Diamond” statuslarına sahib olan “Uber” istifadəçiləri sifariş edə bilər. 

Samirə Məmmədova