ukrayna-vasitesile-rusiya-neftinin-avropaya-neqli-yeniden-dayandirildi

Ukrayna vasitəsilə Rusiya neftinin Avropaya nəqli yenidən dayandırıldı

Bazar ertəsi Rusiya neftinin "Dostluq" neft kəməri ilə Ukrayna ərazisi vasitəsilə Avropaya nəqli yenidən dayandırılıb.

İnsider.az-ın məlumatına görə, bu barədə Ukraynaın "Ukrtransnaft" şirkətindən bildiriblər.

Şirkətdən qeyd edilib ki, bazar ertsəi gecə saat 00:00-dan başlayaraq boru kəməri ilə neft nəqli bərpa edilsə də, bir qədər sonra neftin Avropa nəqli yenidən dayandırılıb. Həmin müddət ərzində 4 min ton neft nəql edildiyi bildirlir.

Neftin nəqlinini dayandırlmasının səbəbi olaraq texniki problemlər göstərilir.

©Trend