venesuelada-illik-inflyasiya-815-000-e-dusub

Venesuelada illik inflyasiya 815 000%-ə düşüb

Bu ilin may ayında Venesualeda qiymətlər 31,3% artıb.

İnsider.az xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının (bir palatalı parlament) maliyyə komitəsinin üzvü Anxel Alvarado məlumat verib.

Onun sözlərinə görə, ilin əvvəlinə nisbətən Venesuelada qiymət artımı 905,6%, illik müqayisədə isə 815 000% təşkil edir.
Aprel ayı ilə müqayisədə ölkədə inflyasiya bir qədər səngiyib. Belə ki, apreldə qiymətlər mart ayına nisbətən 44,7%, ötən ilin aprel ayına nisbətən isə 1 300 000% artmışdı.

Venesuale son illər ciddi sosial-iqtisadi böhran keçirir. Bu ölkənin milli valyutası – bolivarın kəskin devalvasiyaya məruz qalması ilə nəticələnib. Beynəlxalq Valyuta Fondu bu ilin yekununda Venesuelada inflyasiyanın 10 000 000%-ə çata biləcəyini proqnozlaşdırır. 

©“Report”