virgin-orbit-teyyareden-dasiyici-raket-buraxib

“Virgin Orbit” təyyarədən daşıyıcı raket buraxıb

Ekssentrik biznesmen kimi tanınan Riçard Brensonun “Virgin Orbit” şirkəti təyyarədən “Launcher One” daşıyıcı raketini uğurla buraxıb. İnsider.az bunu “The Verge” portalına istinadla xəbər verir.

Şirkətin “Virgin Galactic” törəmə şirkəti bu ilk sınağını ayın 10-u Kaliforniyada Moxave səьası üzərindən keçirib.

Bildirilir ki, şirkət bu kiçik raketləri son dörd il yarımda tərtib edirdi. “LauncherOne” Yerin ətrafındakı aşağı orbitlərdə paltaryuyan maşın ölçüsündə peyklərin yerləşdirilməsi üçün nəzərdə tutulub. Bazardakı digər kommersiya raketlərinin əksəriyyətindən fərqli olaraq, “LauncherOne” Yerdən dik şəkildə havaya uçmur. Bunun əvəzinə o, təyyarə qanadının altında böyük yüksəkliyə qaldırılır, sonra isə yerə buraxılır. Daha sonra o, öz mühərriklərini işə salır və orbitə qalxır.

Qeyd edək ki, bu cür prosses hava işə salınması kimi məlum olan nisbətən nadir kosmik uçuş növü sayılır.

Samirə Məmmədova