vkontakte-qruplarin-satilmasina-olan-qadagani-goturub

“VKontakte” qrupların satılmasına olan qadağanı götürüb

“VKontakte” sosial şəbəkəsi rəsmi şəkildə qrupları satmağa icazə verib. İnsider.az bunu “vc.ru”-ya istinadla xəbər verir.

Şirkət saytdan istifadə qaydalarını dəyişib və bu cür sövdələşmələri qadağa edən 5.13.2 və 6.3.13 bəndlərini yeniləyib.

Sosial şəbəkə tərəfindən qeyd edilib ki, istifadəçilər sövdələşmələri öz məsuliyyəti üzrə icra edəcəklər. Şirkət həmçinin hüquqşünasların xidmətlərindən faydalanmağı, müqavilə bağlamağı və qrupun hüquqi şəxsə bağlı olub-olmamasını yoxlamağı tövsiyə edib.

Qeyd edək ki, cari ilin may ayında “VKontakte” qrupun hüquqi şəxsə bağlanma funksiyasını test etməyə başlayıb. Bu, qrup sahiblərinə mübahisəli məsələləri həll etməyə kömək etməlidir. Bu funksiya, həmçinin 10 min abunəçisi olan qruplar üçün münasibdir.

Samirə Məmmədova