vladimir-zelenski-ukrayna-prezidenti-vezifesinin-icrasina-baslayib

Vladimir Zelenski Ukrayna prezidenti vəzifəsinin icrasına başlayıb

Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi olub.

İnsider.az xəbər verir ki, V.Zelenski and içdikdən sonra andiçmə mətnini imzalayıb və onu Konstitusiya Məhkəməsinin sədrinə təqdim edib. Sədr isə onun prezident vəzifəsinin icrasına başladığını elan edib.

Bundan sonra Vladimir Zelenski dövlət başçısının rəsmi hakimiyyət rəmzlərini alıb.

Mərasimdə Litva Prezidenti Dalya Qribauskayte, Macarıstan Prezidenti Yanoş Ader, Latviya Prezidenti Raymonds Veyonis, Estoniya Prezidenti Kersti Kalyulayd, Gürcüstan Prezidenti Salome Zurabişvili iştirak edirlər.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədri Oqtay Əsədov rəhbərlik edir.

Mərasimin təntənəli hissəsindən sonra yeni prezident xarici dövlət başçıları və hökumət üzvləri ilə Prezident Administrasiyasında görüşəcək.

Xatırladaq ki, Ukraynanın Mərkəzi Seçki Komissiyası aprelin 30-da prezident seçkilərinin yekun nəticələrini rəsmən açıqlayıb. İkinci turda 73,22 faiz səsqazanmış Zelenski qələbə qazanıb, Petro Poroşenko isə 24,45 faiz səs toplayıb. 

©"Report"