walmart-da-kriptovalyuta-cixarir

"Walmart" da kriptovalyuta çıxarır

Facebook-un ardından ABŞ-ın pərakəndə nəhəngi "Walmart" da özünə aid bir kriptovalyuta çıxarmaq üçün patent müraciəti edib.

İnsider.az xəbər verir ki, "Walmart"-ın müraciət sənədində təklif edilən virtual valyuta layihəsinə görə, istifadəçilər çox aşağı ödənişlə və ya ödənişsiz şəkildə yığım saxlama imkanına sahib olacaqlar. İstifadəçilər virtual pulu nağda da çevirə biləcəklər.

©Marja