whatsap-in-yeni-komputer-versiyasi-telefon-olmadan-isleyecek

"Whatsap"-ın yeni kompüter versiyası telefon olmadan işləyəcək

"WhatsApp" tətbiqi ilə əlaqədar müxtəlif məlumatları əvvəldən istifadəçilərə təqdim edən "WABetaInfo", "WhatsApp"-ın üzərində çalışdığı kompyuter versiyasında smartfon bağlıykən belə çalışacağını bildirib.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, artıq "WhatsApp"-ı brauzer vasitəsilə deyil, ayrıca kompüter tətbiqi kimi də istifadə etmək mümkün olacaq. WhatsApp hesabı indi yalnız bir telefonda istifadə olunur.  Yeni versiyada isə bir "WhatsApp" hesabını eyni zamanda bir çox cihazda açmaq mümkün olacaq.

Qeyd edək ki, indiki tətbiq olan "WhatsApp Web" ilə istifadə etmək üçün telefonunuz ilə kompüterdəki skaneriniz arasında əlaqə qurmaq lazımdır və telefonunuzda internet olmadıqda "WhatsApp Web" istifadə edilə bilməz.