xarici-banklarin-yerli-filiallari-maliyye-bazarlarina-nezaret-palatasina-haqq-odeyecek

Xarici bankların yerli filialları Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəyəcək

Azərbaycanda xarici bankların yerli filialları Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəyəcək.

İnsider.az-ın məlumatına görə, bununla bağlı “Banklar haqqında” qanunun 46-1-ci maddəsinə (Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar) dəyişiklik təklif edilir.

Təklif edilən dəyişikliyə əsasən, banklar və xarici bankların yerli filialları maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir.

Qanunun hazırkı variantı isə belədir: Banklar maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir.

Sənədin qeyd hissəsində bildirilir ki, qanun layihəsi maliyyə bazarlarına nəzarət orqanına həmin orqanına ödənilən haqların xarici bankların yerli filiallarına da şamil olunmasını nəzərdə tutur.

Qeyd etmək lazımdır ki, xarici bankların yerli filialları ölkə ərazisində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq fəaliyyət göstərir və ölkənin maliyyə bazarlarına nəzarət sektoru onları da əhatə edir.

Sənəd parlamentin iyunun 13-ü və 14-də növbədənkənar xüsusi sessiyasının plenar iclaslarında müzakirəyə çıxarılacaq.

©APA