xezine-20-milyon-manat-da-borclandi

Xəzinə 20 milyon manat da borclandı

11 iyun 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105010752 ISIN-li, 20 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

İnsider.az xəbər verir ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 95.5931 AZN (10.5%) və 101.8365 AZN (7%) olan 26 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.2810 AZN (7.3%), orta ölçülmüş qiyməti 101.5328 AZN (7.1637%) müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 96 milyon 83 min 300 manat, yerləşdirilmiş həcmi isə 20 milyon maant təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  08.06.2021-ci il.

Hərrac iştirakçıları 12 iyun 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.