xiaomi-ve-mastercard-rusiyada-mi-pay-odenis-sisteminin-ise-salinmasi-barede-raziliga-gelibler

“Xiaomi” və “Mastercard” Rusiyada “Mi Pay” ödəniş sisteminin işə salınması barədə razılığa gəliblər

“Xiaomi” smartfon istehsalçısı və “Mastercard” ödəmə sistemi strateji partnyorluq haqda razılığa gəliblər – tərəflər, xüsusilə, Rusiyada “Mi Pay” ödəniş servisini işə salmağı planlaşdırır. İnsider.az bunu “vc.ru”-ya istinadla xəbər verir.

“Mi Pay” əlaqəsiz ödəniş dəstəkli (NFC) yeni “Xiaomi” smartfon modelləri və üzərində gəzdirilən cihazları ilə uyğun gələcək. Şirkət nümayəndəsi servisin “yaxın aylarda” işə salınacağını qeyd edib.

Şirkətdə bildiriblər ki, “Mi Pay” üzərindən tranzaksiyalar “Mastercard” tokenizasiya texnologiyası ilə qorunur – kart nömrəsi “Xiaomi” mobil cihazında, serverlərində və ya mağazalarda saxlanılmır. Bunun əvəzində kartın qoşulması zamanı müəyyən cihazda tətbiqə bağlanmış 16-rəqəmli kombinasiya yaradılır.

Servisin dəqiq işə salınma tarixi isə məlum deyil.

Samirə Məmmədova