yaponiya-apple-i-mehkemeye-verir

Yaponiya Apple-ı məhkəməyə verir

Yaponiya Ədalətli Ticarət Komissiyası Apple-ın Yaponiyada müxtəlif hissələr istehsal edən şirkətlərə təzyiqlər göstərdiyini iddia edir.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi Apple bəzi hissələri istehsal etmək üçün Yaponiya şirkətləri ilə tərəfdaşlıq edir. Ancaq yeni ortaya çıxan iddialara görə Apple bu şirkətlərə təzyiq göstərir.
Yaponiyada nəşr olunan "Mainichi" qəzetinin xəbərinə görə Apple sözügedən hissələri istehsal edən şirkətlərə bəzi parçaların istehsalı ilə birgə qarşılıqsız texnologiya və iş birliyi təmin edilməsini tələb edən razılaşmalar imzaladıb.

İntellektual mülkiyyət hüquqlarının pozulduğunu iddia edən və yenidən baxılmasını tələb edən şirkətlərin Apple tərəfindən təhdid edildiyi iddia edilsə də, Yaponiya Ədalətli Ticarət Komissiyası Apple-ın rəqabət və antitrest qaydalarını pozduğunu araşdıracaq.

Qeyd edək ki, iddialardan sonra Apple şirkətinin səhmləri keçən bazar ertəsi 5 % düşüb.

Nübar Lətifli