yaponiyada-ucan-avtomobilin-ilk-sinagi-video

Yaponiyada uçan avtomobilin ilk sınağı - VİDEO

Yaponiyanın dövlət informasiya texnologiyaları "NEC" firması uçan avtomobili sınaqdan keçirib.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, avtomobilin proqramını hazırlayan şirkət uçan avtomobil ilə bir dəqiqəlik uçuş sınağı reallaşdırıb. Çiba əyalətindəki Abiko zavodunda keçirilən sınaq 148 kiloqram ağırlığında vasitəni 3 metr yüksəkliyinə qaldırıb.

NEC səlahiyyətliləri şirkət olaraq avtomobilin istehsalını düşünmədiklərini, sadəcə lazımi proqramı formalaşdıraraq uçan avtomobildə istifadə ediləcəyini söyləyiblər.

Yaponiyada "Cartivator" adlı mühəndislik şirkəti aralarında "Panasonic" və "Toyota Motor"un da olduğu 80 qədər firmanın dəstəyi ilə uçan avtomobil istehsalını davam etdirir. Şirkət 2026-cı ildə kütləvi istehsala başlamağı planlaşdırır.

Nübar Lətifli