yayda-ne-oxumaq-olar-bill-qeytsin-siyahisi

Yayda nə oxumaq olar – Bill Qeytsin siyahısı

Hər il Bill Qeyts yaya kitab tövsiyyələrilə bölüşür. Bu dəfə oxumağa məsləhət gördüyü bunlardır.

"Onlardan heç birini yüngül oxu kitabı adlandırmaq olmaz. Birindən savayı, hamısı inqilab ideyasına həsr olunub, lakin texnologiya dünyasında bu sözün mənası fərqlidir. Yaxın zamanda mən çevrilişlər barədə kitablarla – bolşeviklərin üsyanından sonra Sovet İttifaqında nə baş verməsi, müharibə zamanı ABŞ-dakı hadisələr və iqtisadi sistemin qlobal şəkildə yenidən qiymətləndirilməsi barədə maraqlanmağa başladım (onlardan biri belə də adlanır – “Çeviriliş”). Əgər tipik yay əsərindən daha böyük bir şey axtarırsınızsa, sizə Qrem Simsionun yeni "“Roz” layihəsinin nəticəsi” kitabını tövsiyə edirəm. Həmçinin yoldaşım Melindanın “Yüksəliş anını” xatırlatmaya bilmərəm. Hesab edirəm ki, bu il oxuduğum ən yaxşı kitablardan biridir. Belə ki, yaya olan tam ədəbiyyat siyahım budur:

Cared Daymond “Çevriliş”

Mən Caredin yazdığı bütün əsərlərin fanatıyam və onun son kitabı da istisna deyil. Orada cəmiyyətlərin böhran anlarına necə reaksiya verdikləri barədə danışılır. Möhtəşəm praktiki nümunələr vasitəsilə müəllif  müxtəlif ölkələrin vətəndaş müharibəsi, xaricdən gələn təhlükə və ümumi narazılıq kimi ekzistensial problemlərlə necə baş etdiklərini göstərir.

Kitabın süjeti bir qədər cansıxıcı səslənir, lakin onu oxuduqdan sonra mən öz problemlərimizi həll edə biləcəyimizə daha çox inanmağa başladım.

Rouz Corc “Doqquz pinta”

Əgər qandan iyrənirsinizsə, o zaman bu kitabı buraxmağınız daha məsləhətlidir. Lakin əgər siz mənim kimi onu olduqca əyləncəli bir şey hesab edirsinizsə, onda mövzuya şəxsi bağlılığı olan britaniyalı jurnalistin bu kitabını bəyənəcəksiniz.
Mən konkret bir mövzu barədə ətraflı danışan əsərlərin böyük fanatıyam, ona görə də, “Doqquz pinta” (yaşa dolmuş insanın bədənindəki qan bu qədərdir) elə lazım olan idi. Kitabda sizi qanı yeni şəkildə qiymətləndirməyə məcbur edəcək supermaraqlı faktlar tapacaqsınız.

Amor Toulz “Centlmen Moskvada”

Bu kitabı, göründüyünə görə, bütün tanışlarım oxuyub. Qayınım nüsxəsini mənə göndərəndə, mən də, nəhayət, onlara qoşuldum və onunla tanış olduğuma şadam. Toulzun romanı Moskva mehmanxanasında ömürlük ev dustaqlığına məhkum edilmiş qraf barədə bəhs edir. Kitab çox şən, ağıllı və təəccüb doğuracaq qədər həyatdoludur.

Siz mənim Rusiya barədə (mən Dostoyevskinin bütün kitablarını oxumuşam) əsərlərə marağımı bölüşməsəniz belə, “Centlmen Moskvada” hər kəsin bəyənəcəyi möhtəşəm əhvalatdır.

Maykl Beşloss “Müharibənin prezidentləri”

Mənə Vyetnam müharibəsinin bütün aspektləri maraqlıdır və bu, nəyə görə bu kitabı oxumağa başlamağımın əsas səbəbi idi. Mən onu bitirdiyimdə, təkcə Vyetnam barədə deyil, ABŞ-ın 19-cu əsrin əvvəlində və 1970-lərdə iştirak etdiyi digər səkkiz iri münaqişələr barədə də çoxlu yeni məlumat öyrəndim.

Beşlossun kitabı sizə prezidentlərin necə idarə etdikləri barədə qiymətli dərslər verəcək.

Pol Kolye “Kapitalizmin gələcəyi”

Kolyenin son kitabı hazırda bir çoxlarının beynini məşğul edən mövzu barədə düşünməyə vadar edir.

Mən müəlliflə hər şeydə razı olduğumu deməzdim — həllər təklif etməkdənsə, onda problemi təhlil etmək daha yaxşı alınır — lakin inkişaf edən iqtisadiyyat üzrə mütəxəssis kimi, Kolyenin təcrübəsi ona kapitalizmin hara hərəkət etdiyi barədə ağıllı proqnozlar verməyinə imkan verir.

İnsider.az

Samirə Məmmədova