yeni-bas-nazir-olkede-polislerin-sayini-artirir

Yeni baş nazir ölkədə polislərin sayını artırır

Böyük Britaniyanın baş yeni baş naziri Boris Conson növbəti bir neçə həftə ərzində 20 min polis işə götürmək niyyətindədir. İnsider.az bunu “Reuters”-ə istinadla xəbər verir.

Conson ölkədə zorakı cinayət hallarının artmasına görə narahat oduğunu bildirib və əvvəlki hökümətin təşəbbüs etdiyi polis ixtisarını qeyd edib.

“Mənim baş nazir qismində işim küçələrimizi daha da təhlükəsiz etməkdən ibarətdir", - o, vurğulayıb.

Müstəqil Xəzinə Araşdırmalar İnstitutu hesablayıb ki, əlavə polis ştatına olan xərclər ildə 1,1 milyard funt sterlinq (təxminən 1,37 milyard dollar) təşkil edəcək.

Xatırladaq ki, iyulun 24-də Böyük Britaniya kraliçası II Elizabet B. Consonu ölkənin baş naziri seçmişdi.

Samirə Məmmədova