yeni-sankt-peterburq-baki-aviareysi-acilir-qiymet

Yeni Sankt-Peterburq - Bakı aviareysi açılır - QİYMƏT

2019-cu il iyulun 25-dən Rusiyanın “Nordavia – regional hava yolları” SC aviaşirkəti Sankt-Peterburq-Bakı birbaşa reyslərə başlayır.

“Bakıya uçuşlar həftədə 2 dəfə - cümə axşamı və şənbə günləri ekonom sinif salonu olan rahat Boeing 737-700 hava gəmiləri ilə həyata keçiriləcək. Uçuş zamanı sərnişinlərə isti yemək, sərinləşdirici içki, çay və kofe təklif olunacaq. Biletlərin qiyməti 8 830 rubldan (təxminən 135 dollar) başlayır (bir tərəfə)”, - aviaşirkətin məlumatında qeyd olunur.

Qeyd edək ki, “Nordavia – regional hava yolları” SC aviaşirkəti ("NORDAVIA – regional airlines") 5N kodu altında 30-dan artıq Rusiya və xarici aeroportlara müntəzəm və çarter daşımalar həyata keçirir. 

© İnterfaks-Azərbaycan