Menu

Haqqımızda

İnsider.az iqtisadi, maliyyə, analitik materiallar, rəy və proqnozlar, tematik məqalələr, maliyyə bazarı haqqında operativ məlumatları təqdim edir. Mətbuat konfranslarından birbaşa yayımlar, Azərbaycanın ən iri iş adamları ilə maraqlı müsahibələr, qiymətli kağızlar bazarı və birjalardakı dəyişikliklərə dərhal reaksiya verən analitik yanaşmalar hazırlayır.

Mənbələrimiz: Dövlət orqanları, iri Azərbaycan və beynəlxalq maliyyə institutları, birja, banklar, qiymətli kağızlar bazarının emitetləri, xarici informasiya agentlikləri, investisiya şirkətləri.

Hədəfimiz: Kontent və funksionallıq baxımından bazarda yeni brend olmaq və tədricən ekspert imici qazanmaq, internetə çıxışı olan hər kəsin informasiyaya ehtiyacını ödəməklə yanaşı, xüsusi maraq əhatəsi olan mövzularda bir platformada çıxış etmək, forum və konfransların real zamanda birbaşa translyasiyasının şahidi olmaq, iqtisadi sahədə ekspert mövqeyinə yüksəlmək və peşəkar iqtisadçıları öz ətrafına toplayan platformaya çevrilmək.

Auditoriyamız: Qlobal iqtisadi hadisələr zamanı internetə çıxışı olan hər kəs, iqtisadi sahədə fəaliyyət göstərən dövlət strukturları, ölkənin iqtisadi sektorunda çalışan oxucu kütləsi, iqtisadiyyatla maraqlanan tələbələr.