Menu

ABŞ daha çox neft hasil edəcək

insider.az / Qlobal bazar Oktyabr 11, 2018 11:12 20

ABŞ-ın 2019-cu il üçün xam neft hasilatına dair proqnoz gündəlik orta hesabla 300 min barrel artırılıb.

İnsider.az Azərtac-a istinadla bildirir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatında deyilir.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft istehsalı bu il sutkalıq orta hesabla 10,7 milyon barrel, gələn il isə gündəlik 11,8 milyon barrel olacaq.

Sentyabrdakı hesabatda EIA ölkədə neft hasilatının gələn il gündəlik 11,5 milyon barrel olacağını proqnozlaşdırmışdı.

Qeyd edək ki, ABŞ-ın neft istehsalı ötən il sutkada orta hesabla 9,4 milyon barrel olub.