Menu

"Anglo Asian Mining" Gədəbəy yatağında metalların hasilatını artırıb

insider.az / Maliyyə Oktyabr 11, 2018 15:03 56


"Anglo Asian Mining" bu ilin III rübdə "Gədəbəy" yatağından 21,318 min unsiya qızıl hasil edib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 47,3% çoxdur.

İnsider.az şirkətin saytında yer alan hesabata istinadən xəbər verir ki, III rübdə şirkət yataqdan 59,346 unsiya gümüş, 470 ton mis hasil edə bilib. 

Hesabat dövründə "Anglo Asian Mining" ümumi çəkisi 18,637 min unsiya qızıl külçə satıb ki, bu da 2018-ci il ilin II rübü ilə müqayisədə 72,21% çoxdur. Hesabat dövründə satılan külçələrin 1 unsiyasının qiyməti 1216 dollar təşkil edib. Beləliklə, şirkət III rübdə qızıl külçələrin satışından 22,662 mln. dollar qazanıb.

Bundan başqa, şirkət III rüb ərzində dəyəri 3,4 mln. dollar olan 1557 ton mis konsentratı satıb.

Bütövlükdə bu ilin yanvar-sentyabr aylarında 54 min 573 unsiya qızıl, 144 min 362 unsiya gümüş və 1,057 min ton mis hasil edib.

Nigar Əhmədova