Menu

ARDNF dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib

insider.az / Maliyyə Oktyabr 11, 2018 10:27 65


Azərbaycanın suveren fondu Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2018-ci il dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib. 

ARDNF-dan İnsider.az-a verilən məlumata görə, qlobal miqyasda tanınan siyahıda ARDNF 10-cu yerdə qərarlaşıb.

Siyahıya mövcud şəraitdə vəsaitlərin idarə edilməsində fərqlənən dünyanın böyük suveren fondları, pensiya fondları, ianə fondları, mərkəzi bankları və s. təşkilatlar arasından seçilmiş 100 ən nüfuzlu investor daxil edilmişdir.

Renkinq Suveren Fondlar İnstitutu tərəfindən qurumların fəaliyyətlərində tətbiq etdiyi innovasiyalar, xüsusi proqramlar, maliyyələşdirmə mexanizmləri, gəlirlilik göstəriciləri, mövcud şərait, həyata keçirilmiş təşəbbüslər kimi kriteriyalar nəzərə alınmaqla tərtib edilmişdir.

Qeyd edilən renkinqlə aşağıdakı linkdə ətraflı tanış ola bilərsiniz:

https://www.swfinstitute.org/swf-news/press-release-public-investor-100-rankings-released-for-2018/

Nigar Əhmədova