Menu

Asiya fond indeksləri çökdülər – ABŞ indekslərinin ardınca

insider.az / Qlobal bazar Oktyabr 11, 2018 12:13 87

Bu gün “Nikkei 225”-in Yaponiya indeksi 3,9%, “Topix” isə 3,5% itirib. Honqkonqun “Hang Seng”-i 3,8% azalıb. “Shanghai Composite” və “Shenzhen Composite”-n Çin indeksi 5,4% -dək düşüb.

İnsider.az bildirir ki, Cənubi Koreyanın “Kospi”-si 4,4%, Yeni Zelandiyanın NZ-i 3,6%, Avstraliyanın “S&P/ASX 200”-i 2,7%, Hindistanın “BSE Sensex”-i 1,9%  düşüb.

Xatırladaq ki, ABŞ-ın onillik dövlət istiqrazlarının gəlirliyi fonunda, ötən gün ölkənin fond indeksləri 3,2-4,1% düşmüşdü. Bu, ilin əvvəllindən bəri indekslərin rekord azalmasıdır.

Nigar Orucova