Menu

Auditorlar Palatası bəzi qurumların haqsız rəqabətindən danışıb

insider.az / Maliyyə Oktyabr 11, 2018 09:34 29

Auditorlar Palatası auditor xidməti istifadəçilərinə müraciət edib.

İnsider.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, aparılan təhlillər zamanı son dövrlərdə müxtəlif qurumlar, sahibkarlar və iş adamları auditor xidməti göstərilməsinə dair auditor seçimində tender və kotirovka sorğusu zamanı Auditorlar Palatasının üzvləri arasında ayrı seçkiliyə yol verməklə haqsız rəqabətin yayılmasına zəmin yaratdıqları məlum olub.

“Belə halların qarşısının alınması üçün xahiş olunur ki, auditor xidməti göstərilməsi üçün auditor seçimində tender və kotirovka sorğusu zamanı Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2017-ci il 30 iyun tarixli 288/2 saylı qərarı ilə təsdiq edilmiş “Audit sahəsində müsabiqə qaydaları və auditor seçimi üzrə metodik göstəriş”in şərtlərini nəzərə alasınız. Xatırladırıq ki, Metodik göstəriş istifadə üçün müvafiq dövlət qurumlarına göndərilmiş və Palatanın internet səhifəsində yerləşdirilib”,- deyə müraciətdə vurğulanıb

Nigar Əhmədova