Menu

“BMW” Çində fəaliyyətini genişləndirir

insider.az / İKT Oktyabr 11, 2018 15:36 34

Almaniyanın avtomobil istehsalatçısı “BMW” çinli tərəfdaşı ilə “Brilliance China Automotive Holdings” şirkətində payını 50%-dən 70%-ə qədər artıracaq.

İnsider.az xəbər verir ki, sövdələşmə 2022-ci ildə müvafiq Çin tənzimləyicilərinin və çinli tərəfdaşın səhdarlarının razılığı şərti ilə başa çatdırılacaq.

Tərəfdaşların imzaladıqları razılaşmanın şərtlərinə görə “Brilliance China Automotive Holdings” şirkəti “BMW Brilliance Automotive” ilə müqaviləni 2040-cı ilə qədər uzadacaq. Əvvəlki razılaşma müştərək fəaliyyəti 2028-ci ilə qədər nəzərdə tuturdu. Yeni saziş çərçivəsində tərəfdaşlar Şenyan şəhərində istehsalat gücünü və oradakı zavodlara investisiyanı artırmağı planlaşdırır. Bunun sayəsində müştərək şirkət ildə 650 min avtomobil istehsal edəcək, 5 min yeni iş yeri yaradacaq. 2017-ci ildə “BMW”  Çinə 560 min avtomobil satıb.