Menu

Bu il Azərbaycanda 1680 əkiz və 78 üçəm dünyaya gəlib

insider.az / Maliyyə Oktyabr 11, 2018 17:00 61

İlin əvvəlindən ölkə əhalisinin sayı 52427 nəfər və ya 0,5% artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9950512 nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,9%-ini şəhər, 47,1%-ini kənd sakinləri, 49,9%-ini kişilər, 50,1%-ini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə  1005 qadın düşür.

Dövlət Statistika Komitəsindən İnsider.az-a verilən məlumata görə, cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 90523, yaxud hər gün orta hesabla 373 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,8 təşkil edib. Doğulan körpələrin 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarıdır. Doğulanlardan 1680-i əkiz, 78-i üçəmdir.

2018-ci ilin yanvar-avqust aylarında ölkədə 39496 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,0 təşkil edib.

Bu ilin 8 ayında qeydiyyat şöbələri tərəfindən 40235 nikah və 9877 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olmuşdur.

Nigar Əhmədova