Menu

Bu yolda rənglənmə işləri aparılacaq

insider.az / Maliyyə Oktyabr 11, 2018 15:25 57

Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən İnsider.az-a verilən məlumata görə, işlər səhər saatlarına qədər yekunlaşdırılacaq.

Agentlik sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.