Menu

Donald Tramp: FED ağlını itirib

insider.az / Maliyyə Oktyabr 11, 2018 10:20 106

ABŞ prezidenti Donald Tramp birjaların ucuzlaşması fonunda bəyan edib ki, yüksək faiz dərəcəsinin artması səbəbindən FED “ağlını itirib”.

Bu barədə İnsider.az xarici mətbuata istinadən xəbər verir.

“Düşünürəm ki, FED yanılır. Onlar çox sərtdilər. Mən hesab edirəm ki, FED “ağlını itirib”", -deyə Tramp jurnalistlərə açıqlamasında bildirib.

Bununla belə o qeyd edib ki, bazarın korreksiyası onu narahat etmir, belə ki, onu artıq proqnozlaşdırıblar.

Nigar Əhmədova