Menu

Dünya Bankından xəbərdarlıq-Əhaliyə yatırılan sərmayə çatışmır

insider.az / Maliyyə Oktyabr 11, 2018 13:18 101

Dünya Bankı tərəfindən hazırlanan insan kapitalının yeni İndeksi, əhaliyə yatırılan sərmayə çatışmazlığının ölkə iqtisadiyyatının məhsuldarlığında hansı itkilərə səbəb olduğunu göstərir.

İnsider.az xəbər verir ki, bu gün Dünya Bankının və BVF-nin birgə illik toplantısında ilk dəfə olaraq "İnsan Kaitalı İndeksi" açıqlanıb. Bu gün doğulan 56% uşaqlar əldə edə biləcəkləri potensial gəlirlərin yarısından çoxunu itirəcəklər. Çünki ölkələr məhz bu gün həmin uşaqların təhsilinə, sağlamlığına, gələcək əmək bazarı üçün çevik işçi qüvvəsinə çevrilməsinə effektiv sərmayələr etmir".

“İnsan kapitalı daha çox kasıb əhaliyə yönələn kapital növüdür”,- deyə Dünya Bankı Qrupunun prezidenti Cim Yonq Kim qeyd edib. 

İnsan kapitalı dayanıqlı iqtisadi inkişafın aparıcı qüvvələrindəndir ki, bütün əhali təbəqəsinin maraqlarındadır.: “Lakin sağlamlığa, təhsilə yatırılan investisiyalara lazım olandan daha az diqqət yetirilir. Bu indeks bilavasitə sağlamlıq, səhiyyə, təhsil sahəsində nəticələrin yaxşılaşmasına məhsuldarlıq və iqtisadi artıma gətirib çıxaracaq.”,-deyə Dünya Bankının prezidenti bildirib.

Nigar Əhmədova