Menu

“Forbes” dünyanın işlə təmin edən ən yaxşı şirkətlərinin REYTİNQİNİ verdi

insider.az / Qlobal bazar Oktyabr 11, 2018 09:59 131

ABŞ-ın biznes jurnalı “Forbes” dünyanın işlə təmin edən ən yaxşı şirkətlərinin reytinqini təqdim edib. 

İnsider.az bildirir ki, ilk üçlükdə ABŞ şirkətləri – “Alphabet”, “Microsoft” və “Apple” qərarlaşıb.

“Forbes” onluğunu isə “Walt Disney” (ABŞ),  Amazon.com (ABŞ), CNOOC (Honqkonq), Daimler (Almaniya), Kasikornbank (Tailand), Celgene (ABŞ), BMW Group (Almaniya) qapayır.

Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərovun prezidenti olduğu “Lukoyl” şirkəti isə siyahıda 450-ci yerdədir.

Qeyd edək ki, “Forbes”-in reytinqinə 500 şirkətin adı salınıb.

Nigar Orucova