Menu

“Henley & Partners”-in pasportlar indeksi: Azərbaycan 75-ci, Ermənistan 80-ci pillədədir

insider.az / Turizm Oktyabr 10, 2018 15:39 150

“Henley & Partners” şirkətinin pasportlar indeksi ölkələrin vətəndaşlarına verdikləri hərəkət azadlığına dair beynəlxalq reytinqdir. Şirkət tərəfindən bütün ölkə və ərazilərin viza rejimi qaydaları öyrənilərək, hərəkət azadlığı üzrə dünya ölkələrinin reytinqi tərtib edilib.

İnsider.az xəbər verir ki, reytinqdə bir ölkənin vətəndaşlarının vizasız səyahət edə biləcəyi ölkələrin sayı göstərilir. Pasportlar indeksi vətəndaşların azad hərəkatı üzrə ölkələrin dünya arenasında beynəlxalq münasibətlərini və statusunu əks etdirən ilk beynəlxalq reytinqdir. Ölkələrin vizasız rejiminə dair dəyişikliklər barədə informasiyanın operativ çatdırılması məqsədilə 2018-ci ildən pasportların indeksi ildə bir neçə dəfə dəyişilir.  

Qeyd edək ki, reytinqdə Rusiya 47-ci, Azərbaycan 75-ci, Ermənistan isə 80-ci pillədə qərarlaşıb.  

Müasir qloballaşan dünyada viza məhdudiyyətinin dəyərini artırmaq çətindir. Viza məhdudiyyətinin yardımı ilə ölkələr xarici vətəndaşların sərhədlərini keçməsinə nəzarət imkanı əldə edib. Hazırda praktiki olaraq bütün ölkələr, ərazisinə daxil olmaq istəyən xarici vətəndaşlardan viza almağı tələb edir. Viza almaq üçün tələblər müxtəlif ölkələr arasında münasibətləri və ümumilikdə ölkənin beynəlxalq ictimaiyyətdə statusunu əks etdirir.          

Amma vizanın olması xarici ölkəyə girişə icazə veriləcəyinə zəmanət deyil. Vizanın verilməsi, pasport və viza üçün ərizənin səfirliyin konsulluqda məsul şəxsə təqdim olunduğunu, eləcə də həmin məsul şəxs tərəfindən ərizə təqdim edənin ölkəyə müəyyən məqsədlə daxil olmaq üçün qoyulan tələblərə müvafiq olduğunu bildirir.  

Viza ölkəyə aeroport, dəniz limanı və ya yerüstü sərhəddə ölkəyə daxil olmaq imkanı verir. Burada immiqrasiya xidmətinin nümayəndəsi ölkəyə giriş haqqında qərar verir. Əksər hallarda immiqrasiya xidmətinin əməkdaşı ölkəyə girişə dair son qərarı verir. Həmçinin immiqrasiya xidmətinin əməkdaşı hər giriş üçün müddətə dair də qərar verir.   
Mütləq şəkildə səfər gününə qədər ölkəyə və ya tranzit ölkəyə daxil olmaq üçün vizanın tələb edilib edilməməsi öyrənilməlidir. 

Viza məhdudiyyətlərinin vətəndaşlıqdan asılı olaraq tətbiq edildiyinə baxmayaraq, oturum izni də tələb edilə bilər. Məsələn, Şengen zonasına daxil olan Avropa İttifaqının bütün ölkələrinin rezidentləri, bu zonada yerləşən ölkələrə vizasız giriş hüququna sahibdirlər.   

Bu və ya digər ölkəyə giriş üçün viza tələbləri ilə IATA Timatic bazasına keçidlə daxil olaraq olmaq mümkündür. 
“Henley & Partners”-in müxtəlif ölkələrin 2018-ci il üçün beynəlxalq reytinqi 

Səbinə Səmidxan