Menu

İlham Əliyev Qubada xəstəxana açılışında iştirak edib

insider.az / Siyasət Oktyabr 11, 2018 12:49 36

Bu gün Quba Rayon Mərkəzi Xəstəxanasının açılışı olub.

İnsider.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsiblər.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.