Menu

İlham Əliyev tingçilik müəssisəsi ilə tanış olub

insider.az / Siyasət Oktyabr 11, 2018 11:57 19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olublar.

İnsider.az xəbər verir ki, dövlət başçısı və xanımı elmi-tədqiqat institutunun əsaslı təmin olunmuş binasında yaradılan şəraitlə maraqlanıblar.