Menu

“Kapital Bank” bu ilin III rübünün nəticələrini elan edib

insider.az / Maliyyə Oktyabr 11, 2018 14:42 80


Kapital Bank-ın aktivləri 1 sentyabr 2018-ci il tarixinə 3,5 mlrd. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,4 mlrd. manat olub.

Bankdan İnsider.az-a verilən məlumata görə, bankda müştəri depozitlərinin həcmi 1 sentyabr 2018-ci il tarixinə 2,7 mlrd.manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 mlrd.manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 235 milyon manat çoxdur. 

Bankın 1 sentyabr 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 295,3 milyon manat, adi və imtiyazlı səhmlər isə 205,8 milyon manat təşkil edir

Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq Agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Nigar Əhmədova