Menu

Kolbasa və sosiska müəssiələrində nöqsanlar aşkarlandı

insider.az / Sosium Oktyabr 11, 2018 12:29 68

Azərbaycanda ət və ət məhsulları, o cümlədən kolbasa və sosiska istehsal edən bəzi müəssiələrin fəaliyyətində nöqsanlar aşkarlanıb.

İnsider.az-ın xəbərinə əsasən, bu barədə report-a  Azərbayca Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

“Digər qida sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri kimi ət və ət məhsullarının satışı müəssisələrində də AQTA tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestr”indən çıxarış alınaraq yoxlamalar həyata keçirilir. Həyata keçirilən yoxlamalar zamanı bir sıra müəssisələrin havalandırma sistemi ilə təmin edilmədiyi, tavan, döşəmə və divarlar asan yuyulan gigiyenik materiallarla üzlənmədiyi, eyni zamanda ətin satışı, saxlanması və emalı üçün bazarda baytarlıq-sanitariya tələblərinə uyğun şəraitin olmadığı müəyyən edilib. Hazırda bu sahədə aidiyyəti üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilir”, - AQTA-dan bildirilib.