Menu

Nigar İbadzadə: Hər qadın sağlam və gözəl bədənə sahib olmağa layıqdir

insider.az / Sosium Oktyabr 09, 2018 14:30 452

Dərmanlar qidanız yox, qida dərmanınız olsun! 

Sağlam həyat tərzinin faydası hər birimizə məlumdur. Düzgün omayan qida, stressli ətraf mühit və az hərəkətlilik bizim sağlamlığımıza ciddi təhlükə yaradır.  Bu nəticədən qacınmaq üçün sağlam həyat tərzinə gedən yolda ilk addımı atmağa tələsin.

İnsider.az sağlam həyat tərzini prioritet prinsipə çevirən və bunu başqa xanımlar ilə bölüşməyi özünə missiya seçən “İncəbelli” şirkətinin təsisçisi Nigar İbadzadə və diyetoloq-nutrisioloq Ofeliya Tahirova ilə müsahibəni təqdim edir.    

- Nigar xanım, “İncəbelli”nin yaradılmasına təkanverici amil nə oldu? 
- Əsas təkanverici amil, artıq çəkidən xilas olmaq üçün çalışdığım dövrdə qazandığım acı təcrübəmdir. Qeyd edim ki, özüm İnsan Resursları üzrə peşəkaram. Şirkətdə çalışan dövrdə idman zalına getməyə nə vaxt, nə də güc tapırdım. Artıq çəki ilə apardığım mübarizəyə isə ikinci övladımı dünyaya gətirdikdən sonra start vermişdim. Mağazalarda XL ölçülü geyimlər mənə balaca gəlirdi, özümü həddən artıq böyük hiss edirdim. Hər əlaca əl atdım: internetdən hazır pəhrizlər götürdüm, pəhriz yeməklərini çatdıran şirkətlərdə sifarişlər etdim, internetdən yüksək intensivliyə malik idman proqramı yüklədim və başladım. Sonradan öyrəndim ki, bu proqramlarda verilən fiziki yükə hazır olmayan insanlarda bel, onurğa zədəsi meydana gələ bilər. Heç bir proqram mənə istədiyim individual yanaşma və istədiyim nəticəni vermədi. Bir sözlə “İncəbelli”-nin açılmasına səbəb sözün əsl mənasında artıq çəki ilə mübarizə yolum olub. Dilimizə daha doğma bir ad istədik və “İncəbelli” adını seçdik.

- Hazırda paytaxtımızda yetərincə fitnes zalı, həkim-dietoloq məsləhətxanaları mövcuddur. “İncəbelli”nin əsas fərqi nədir?
- Bayaq da qeyd etdim dietoloq, pəhriz, idman bütün bunları sınaqdan keçirdim. Amma ayrı-ayrılıqda. Fərqimiz ondadır ki biz xanımlara sağlam yolla tam dəstəklə və bütün xidmətləri bir dam altında birləşdirən bir məhsul təklif edirik. Sağlam yolla arıqlamağa kömək edən bütün lazım olanlar (dietoloq, sağlam qida, idman, massaj, psixoloq, food test) bir məkandadır. 
    
“İncəbelli”də 13 illik təcrübəyə malik həkim-endokrinoloq Səidə Qurbanova  və dietoloq-nutrisoloq Ofeliya Tahirova müştəriləri müayinə etməkdən başqa, həm də mənəvi dəstək verirlər. 

- Ofeliya xanım, mütəxəssisə  gəlmək uğurun yarısıdır. Digər yarısı mütəxəssisin göstərişlərinə zamanında və dəqiq riayət etməkdir...
- Bir şey qeyd edim ki, bu özəl prosessdə pasientlərə yanaşma da çox önəmlidir. Çünki xanımlar səhhətləri ilə yanaşı psixoloji cəhətdən də böyük kompleks yaşayırlar, kənardan təzyiq olanda artıq çəki kompleksinin yükü daha ağır olur. Əsas təzyiq sosial şəbəkələrdə model görünüşlü xanımların şəkillərinin çoxluğudur. Primitiv görünsə də bu şəkillər böyük təzyiq göstərir xanımlara, onlarda kompleks yaradır. Yönəldiyimiz ilkin hədəfimiz arıq deyil, sağlam olmaqdır. 

- Fərdi pəhriz planlarının hazırlnamasında əsas meyarlar hansılardır və artıq çəkidən azad olma müddəti nə qədərdir?
- Fərdi pəhriz planı hazırlayan zaman bütün göstəricilər: yaş, ilkin çəki, keçirilən xəstəliklər, uşaq dünyaya gətirməsi, ümumiyyətlə hər şey nəzərə alınır. Arıqlama müddətinə gəldikdə isə bu göstərici individualdır. Bizim üçün müştərinin sağlamlığı ən ön plandadır. Biz təhlükəsiz olan həftəyə 1 kq-dan çox çəki itirməmək leyhinəyik. Proqram tərtib edildikdən sonra müştəri ac qalmadan, balanslı qida ilə ən əsas sağlamlığına ziyan olmadan artıq çəkidən azad olur. Bu göstəricilər nəzərə almadan tətbiq edilən pəhrizlər sağlamlıq üçün təhlükəlidir.  Ümumiyyətlə pəhrizlərdə zülal karbohidrat və yağ balansı nəzərə alınmalıdır. Qida insanları müalicə edə biləcək gücə malikdir. 

- Vərdişlər demişkən, əksəriyyətimizdə rasionda meyvəni bol edərsək, arıqlama prosesi daha sürətli gedər anlayışı mövcuddur. Bu səbəbdən də meyvə və tərəvəz yeməyi vərdiş halına gətiririk, bu nə dərəcədə doğrudur?
- Meyvə və tərəvəzin rasionda olması çox yaxşı vərdişdir. Amma zamanı və çeşidləri düzgün seçilməlidir. Meyvə qəbulunun ən ideal vaxtı səhərdir. Onu axşam saatlarında yedikdə qara ciyərimizə yağ kimi depolayırıq. 
Tərəvəz isə bol və günün istənilən saatında yeyilə bilər, onun qorxusu yoxdur. Bir şeyi də qeyd edim daha gənc və hərəkətli insanlar gec saatlarda meyvə yeməyi özlərinə icazə verə bilərlər. Orqanizm buna müqavimət göstərə biləcək. Amma bir qədər yaşlı və daha az hərəkətli həyat tərzi olan insanlarda bu sonradan problemə çevrilə bilər. 

- İnternetdən götürə biləcəyimiz şablon pəhrizlər var...
- Qətiyyən olmaz! Bayaq da qeyd etdim ki, pəhriz tərtib edilərkən, fərdi göstəricilər nəzərə alınır. Şablon pəhrizdə elə qida ola bilər ki, insana ziyan ola bilər. Məsələn, az kalorili və xeyirli olan kələmi götürək. Zob xəstəliyi olan insanlara bu tərəvəzi pəhrizin əsas elementi kimi təyin etmək olmaz. Çünki bu tərəvəz yodu blok edir. Bunu bilavasitə zobdan əzab çəkən adama təyin edilərsə bir başa həmin insanın sağlamlığı təhlükəyə atılır.
Digər qida kətan toxumu – qadın xəstəliyi və zob xəstəliyi olan insanlara qəti şəkildə olmaz. Ümumiyyətlə hər bir qidanın artığı zərərdir. Yemək saatlarına diqqət etmək mütləqdir. Şablon yox, fərdi olmalıdır hər şey. Bir şeyi unutmaq olmaz, sağlam şəkildə verilən çəki geri qayıtmır. Çünki sağlam şəkildə arıqladıqda sizdə müəyyən vərdişlər əmələ gəlir. Orqanizm balansı qoruyaraq qidalanır. Zərərli qidalara meyl azalır. Amma pəhrizdən imtina edən kimi balans pozulur.

- Çoxlarının aludə olduğu məşhur pəhrizlər, məsələn götürək Dükan pəhrizini...
- “Dükan pəhrizi”-ni bu əsrin bəlası adlandırırlar. Bu pəhrizdə karbohidrat çox aşağıdır və zülal faizi yüksəkdir, karbohidratı aşağı olan pəhrizlərə riayət edən adamlar arıqlayırlar. Çünki zülal qəbul edəndə onun parçalanmasına çox enerji sərf edilir. 

- Ümumiyyətlə zülal rasionda neçə faiz olmalıdır?
- Maksimum 20-25%. Dükan pəhrizində isə zülal 70-80 faizdir. Bunun sayəsində də arıqlayırlar. Ümumiyyətlə böyrək və qara ciyər problemi olan insanlara həddən artıq çox zülaldan istifadə etmək zərərlidir.

- Söhbətimizin əvvəlində də qeyd etdik ki, diyetoloq məsləhətxanaları çoxdur. Aya 15-20 kq çəki atmaq vədinə necə baxırsınız?
- Aldadıcı məlumatlar boldur indi. Ac qalmadan az zaman ərzində 15-20 kq çəki atmağı vəd edən pəhrizlərdən birmənalı şəkildə uzaq durun. Bu sağlıqsız arıqlamadır, atılan çəki iki qat geri qayıdır. Aktivlik dərəcəsi yüksək olan insanlarda belə bu qədər çəki atmaq mümkün deyil.  Pasientlərə verilən pəhriz planında gündəlik kalori heç 1000-ə çatmır. Orqanizm aldadıcı kalorilər ilə doydurulur. Kalorini hədsiz dərəcədə minimala endirmək insanın sağlamlığı ilə oynamaqdır. Bunun nəticəsi saçın tökülməyi, dırnaq və dişlərin korlanmasıdır. Ay ərzində 15-18 kq çəki vermək üçün insanın ilkin çəkisi 150 kq-dan çox olmalıdır. Mənim belə pasientlərim var, onlar ən yaxşı halda aya 13 kq verir. 

- Ofeliya xanım ən yaxşı hal deyəndə nəyi nəzərdə tutursunuz?
- Ən yaxşı hal aktivlik və düzgün qidalanmanın bir arada olduğu haldır. Pəhrizə gəldikdə isə ilkin məsələ ona düzgün riayət etməkdir. 

- Nigar xanım söhbətimizin əvvəlində bütün çarələrə əl atdığınızı dediniz. Etiraf edək ki, idman ilə məşğul olub çəki itirmədikdə ruhdan düşənlər də az deyil...
- Ümumiyyətlə belə bir stereotip var “arıqlamaq istəyirsənsə get zala”. Əslində isə ilk addım diyetoloqa müraciət olmalıdır. Çünki öz şəxsi təcrübəmdən deyə bilərəm ki, bu işin 80%-i sağlam qidalanmaqdır. Lakin idmanın da rolunu azaltmaq olmaz. Ən doğrusu isə bu tədbirlərin bir arada kompleks şəkildə olunmasıdır. 

- Qəbul edilən enerji ilə sərf edilən enerji arasında balans düzgün olarsa adam arıqlayır?
- Bəli bu anlayış var. Düzgün bəslənib, gündəlik həyatda aktivliyi də artırsaq istənilən nəticəni əldə edərik. 

- Nigar xanım “İncəbelli”də artıq çəki probleminin həllinə kompleks yanaşma olaraq müştərilərə pəhriz və idmandan başqa hansı xidmətlər təklif edilir?
-Sadaladığımız xidmətlərdən başqa burada  psixoloq, masaj və kosmetoloji xidmətlər də təqdim edilir. Artıq çəkinin psixoloji səbəblərini müayinə etmək üçün mərkəzimizdə psixoloq konsultasiyası da ala bilərsiniz. 
Pəhrizi müşayiət edən masaj çox böyük korreksiya effekti verir. İdmandan sonra əzələ gərginliyini azaltmaq, problemli zonaları aradan qaldırmaq üçün korreksiya masajı çox yardım edir. Kosmetoloji xidmətə gəldikdə isə arıqladıqca insanın üzünün forması dəyişir, qırışlar əmələ gələ bilər. Kosmetik vasitələr ilə üzə təravəti geri qaytarmaq mümkündür. Bütün bu xidmətlər bir arada olanda, mütəxəssislər əlaqəli şəkildə çalışdıqda ortaya gözəl nəticə çıxır. Hər qadın sağlam və gözəl bədən quruluşuna sahib olmağa layıqdir. Buna inanan “İncəbelli” xanımların özünə və həyata münasibətini dəyişərək buna nail olmağa çalışır. 

- Maraqlı müsahibə üçün təşəkkür edir və işlərinizdə uğurlar arzulayıram.

Səbinə Səmidxan