Menu

OPEC: Keçən ay qlobal neft tədarükü sutkalıq 99 milyon barrelə çatıb

insider.az / Qlobal bazar Oktyabr 11, 2018 17:24 29

Sentyabrda qlobal neft tədarükü avqust ayı ilə müqayisədə 230 min barrel artaraq gündəlik 99 milyon barrel olub.

İnsider.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.

Bildirilir ki, ötən ay qeyri-OPEC ölkələrinin neft istehsalı 100 min barrel çoxalaraq sutkada 66 milyon 300 min barrelə çatıb.

OPEC-in proqnozuna görə, gələn il qlobal neft tələbatı bu illə müqayisədə 1 milyon 360 min barrel artaraq gündəlik 100 milyon 150 min barrelə çatacaq. OPEC üzrə neft tələbatının isə 2019-cu ildə sutkada 31 milyon 800 min barrel olacağı gözlənilir.