Menu

Qubada yol tikintisi üçün vəsait ayrılıb

insider.az / Siyasət Oktyabr 11, 2018 18:28 75

Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

İnsider.az xəbər verir ki, sərəncamla altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Qubada 48 mənzilli yaşayış binasının tikintisi üçün də 3 milyon manat, Alekseyevka kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün isə 2 milyon manat ayırıb.