Menu

Rusiya aviaşirkəti Gəncəyə uçuşlara başlayır

insider.az / Turizm Oktyabr 05, 2018 11:39 26

Rusiyanın "Ural Hava Yolları" şirkəti Nijnevartovsk - Gəncə - Nijnevartovsk marşrutu üzrə uçuşlara başlayır. 

İnsider.az “Report”-a istinadən xəbər verir ki, aviareyslər oktyabrın 30-dan başlayaraq, hər həftənin çərşənbə axşamı günləri "Airbus A320" markalı təyyarələrlə həyata keçiriləcək.

Təyyarə Nijnevartovskdan saat 09:35-də havaya qalxacaq və 4 saat 35 dəqiqədən sonra - saat 13:10-da Gəncəyə enəcək.

Geriyə dönüş isə saat 15:00-da baş tutacaq və təyyarə 4 saat 10 dəqiqədən sonra - saat 20:10-da Nijnevartovska enəcək.