Menu

Türkiyədə 2015-dən bəri bir ilk baş verdi, Lirə bahalaşdı

insider.az / Qlobal bazar Oktyabr 11, 2018 13:25 48

Türkiyə Respublikasının Mərkəzi Bankı (TCMB) avqust ayı tədiyyə balansı göstəricilərini açıqlayıb.

İnsider.az "Marja"ya istinadla xəbər verir ki, tədiyyə balansında avqust ayında 2 milyard 592 milyon dollar profisit yaranıb. 12 aylıq kəsir isə 51 milyard 125 milyon dollar olub.

2015-DƏN BƏRİ İLK

2015-ci ilin sentyabr ayından bu yana tədiyyə balansında ilk dəfə profisit qeydə alınıb. Profisitin yaranmasına, xarici ticarət kəsirinin bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 3 milyard 65 milyon dollar azalaraq 1 milyard 284 milyon dollara düşməsi və xidmətlər balansında gəlirlərin 741 milyon dollar artaraq 4 milyard 627 milyon dollara yüksəlməsi səbəb olub. 

Proqnoz 2.5 milyard dollar profisit idi.

Məlumatın açıqlanmasından sonra lirə bahalaşıb. Bakı vaxtı ilə saat 13:00-da dollar/TL məzənnəsi 5,9805 səviyyəsinə düşüb. Lirə dollar qarşısında 1,6% bahalaşıb.