Menu

ABŞ-Çin danışıqları Avropa bazarlarına müsbət təsir edib

insider.az / Qlobal bazar Fevral 11, 2019 12:14 37

Birləşmiş Ştatlar və Çin arasındakı ticarət müharibəsinin səngiməsi yolunda davam etdirilən danışıqların növbəti mərhələsinin keçiriləcəyi xəbərləri bazar ertəsi Avropa bazarlarında canlanmaya səbəb olub.

İnsider.az-ın “CNBC”-yə istinadən verdiyi xəbərə görə, İngiltərənin FTSE indeksi 27 bənd artaraq 7098 bənddə, CAC indeksi 18 bənd artımla 4979 bənddə, DAX indeksi isə 36 bənd artımla 10942 bənddə qərarlaşıb.

Qeyd edək ki, ABŞ nümayəndə heyəti bu həftə danışıqların növbəti mərhələsi üçün Çinə səfər edəcək.