Menu

ABŞ-da qazılan neft quyularının sayı artıb

insider.az / Qlobal bazar Fevral 09, 2019 18:49 34

ABŞ-ın neft sənayesinin mənzərəsi və qısamüddətli xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən aktiv neft qazma qurğularının (buruqlarının) sayı bu həftə 7 ədəd artıb.

Insider.az xəbər verir ki, neft sahəsinə xidməti şirkəti "Baker Hughes"ın həftəlik məlumatlarına görə, ABŞ-dakı neft qazma qurğularının sayı 2-8 Fevral dövründə əvvəlki həftəyə nisbətən 7 artaraq 854-ə yüksəlib.

ABŞ-daneft qazma qurğularının sayındakı artımın ardından, cümə günü xam neftin qiymətlərində azalma baş verib. Brent neftin barrel qiyməti cümə günü 62,16 dollardan, Qərbi Texas (WTI) tipli xam neftin barrel qiyməti isə 52,62 dollardan bağlanıb.

Neft qazma qurğusu - quyuların qazma prosesində tətbiq olunan qazma maşın və avadanlıqlarıdır.

©Marja.az