Menu

ABŞ-dan Rusiyaya qarşı daha bir addım

insider.az / Siyasət Mart 14, 2019 17:29 14

Vaşinqton və Varşava hazırda Polşa ərazisində ABŞ hərbi bazasının yaradılması barədə danışıqlar aparır.

Bu barədə İnsider.az  “Defense One” portalına istinadən xəbər verir.

“Biz ciddi təklif etmişik və elə bu həftə texniki məqamlar üzərində işlər gedir. Ümidvarıq ki, gələcək işlər üçün bizim möhkəm bünövrəmiz olacaq”, — deyə ABŞ-ın beynəlxalq təhlükəsizlik məsələləri üzrə müdafiə naziri köməkçisinin v.i.e. Ketrin Vilbarger bildirib.

Qeyd edilir ki, Polşa ərazisində daimi ABŞ hərbi bazasının genişləndirilməsi altı aydan bir ilə kimi çəkə bilər.

Xatırladaq ki, daha əvvəl ABŞ Polşanı Rusiyanın dayandırılması üçün açar adlandırmışdı.

Samirə Məmmədova