Menu

ABŞ “rəqiblərini qabaqlamaq” üçün kosmik platformalar almaq niyyətindədir

insider.az / Siyasət Mart 14, 2019 16:40 25

ABŞ-ın Hərbi Hava Qüvvələri kosmosda strateji məsələlərin icrası üçün kosmik platformaların alınması imkanını nəzərdən keçirir.

İnsider.az-ın məlumatına görə, bu haqda ABŞ HHQ Kosmik komandanlığının tərkibində olan Kosmik-Raket Sistemləri Mərkəzinin yeni müqaviləsində deyilir.

“Texniki imkanların inkişafında rəqibləri qabaqlamağa can ataraq, Kosmik-Raket Sistemləri Mərkəzi konkret strateji məsələlərin icrası üçün müvafiq uçuş aparaturasının daşınmasına, həmçinin “SATCOM” İnkişaf etmiş Strateji Sistemin (ESS) ehtiyacları üçün əlaqə peyklərinin, raketlərin işə salınmasına dair xəbərdarlıq peyklərinin (OPIR), naviqasiya peyklərinin (GPS) və nüvə partlayışlarının aşkar edilməsi peyklərinin yaradılmasına yararlı kosmik platformaların əldə edilməsi imkanını gözdən keçirir”, deyə sənəddə qeyd olunur.

Belə ki, yeni platformanın kosmik aparatların daha operativ istehsalına təkan verəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl Yaponiyanın Çin və Rusiyaya qarşı dura bilmək üçün ABŞ-dan daha çox qırıcı əldə edəcəyi haqda məlumat yayılmışdı.

Samirə Məmmədova